• Bakı 9° C

    0.35 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Rusiya ilə bağlı bu qadağanın müddəti UZADILDI

DÜNYA

07 Oktyabr 2022 | 10:24

Rusiya ilə bağlı bu qadağanın müddəti UZADILDI

Rusiyanın cənubundakı hava məkanında mülki təyyarələrə qoyulan uçuş qadağasının müddəti oktyabrın 16-dək uzadılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi bildirib.

Uçuş məhdudiyyəti Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Elista şəhərlərində ümumilikdə 11 hava limanına şamil olunur.

Sərnişinləri Soçi, Stavropol, Volqoqrad, Mineralnıe Vodı şəhərlərinin hava limanlarına aparmaq tövsiyə edilir.

Regionda uçuşlara mövcud qadağanın müddəti oktyabrın 10-da bitməli idi.

Xatırladaq ki, Rusiya Ukraynadakı müharibə ilə əlaqədar fevralın 24-də ölkənin cənubunda hava məkanını bağladığını bildirmişdi. /Trend


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026