• Bakı 19° C

    6.36 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Kulebadan Çinə XƏBƏRDARLIQ

DÜNYA

30 Sentyabr 2022 | 17:39

Kulebadan Çinə XƏBƏRDARLIQ

“Ukraynadakı müharibə ilə bağlı Çinin hazırkı mövqeyi Moskvadan daha çox Kiyev üçün faydalıdır”.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Ukraynanın xarici işlər Dmitro Kuleba “İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində deyib.

O bildirib ki, Rusiya Çindən proseslərdə onun tərəfində iştirak etməyini istəyir: "Əlbəttə, biz Pekindən daha çoxunu istəyirik. Amma başa düşürük ki, reallıq budur. Bu, bizə sərf edir”.

XİN başçısı həmçinin Çinə xəbərdarlıq edib: “Çin Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləsə, bu, ikitərəfli münasibətlərimizə təsir edəcək”.

D.Kuleba İranla münasibətləri xatırladıb: “Tehran Ukraynanı xaincəsinə kürəyindən bıçaqlayana və Rusiyaya kamikadze dronları çatdırana qədər konstruktiv münasibətlərimiz var idi”.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski də Çinlə münasibətlərdən danışmışdı. O bildirmişdi ki, Rusiyanın Ukraynaya təcavüzündə neytrallıq qəbuledilməzdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026