Güclü külək nəticəsində Bakının müxtəlif ərazilərində 27 ağac aşıb.
Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib.
Məlumata görə, birliyin əməkdaşları tərəfindən fəsadlar operativ olaraq aradan qaldırılıb.
Qeyd edək ki, şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində dekabrın 28-i gecə saatlarından ölkə ərazisində hava şəraiti dəyişib.
Küləyin maksimal sürəti bəzi bölgələrdə 23, Bakıda və Abşeron yarımadasında 25-28 m/saniyəyə çatır.






jpeg-1706336271.webp)

jpg-1706333026.webp)







