• Bakı C

    14.83 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.7347

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

CƏMİYYƏT

06 Fevral 2025 | 20:53

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

Fevralın 6-sı saat 19:00-a olan məlumatına əsasən bəzi rayonlarda yağıntılı hava şəraiti davam edir.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Belə ki, Zəngilan, Kəlbəcər, Füzuli, Laçın, Qrız, Qusar, Quba, Altıağac, Gədəbəy, Şamaxı, Tərtər, Xaltan, Qobustan, Şəki (Kişçay), Şahdağda arabir qar, Mingəçevir, Ağstafa, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Tovuz, Balakən, Oğuz, İsmayıllı, Ceyrançöldə isə yağış yağır.

Şimal-qərb küləyi əsir. Sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında 22 m/s, Şamaxıda 17 m/s, Hacıqabulda 16 m/s, Gəncə, Neftçalada 15 m/s, Şirvanda 14 m/s-yə çatıb.

Şəki (Kişçay), Qax (Sarıbaş), Daşkəsən, Göygöl, Qrız, Qusarda duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında eləcə də Aran rayonlarında 7, Naxçıvan MR-da 5 dərəcəyədək isti, dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.


SON XƏBƏRLƏR

06 Fevral 2025