• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kürdəmirdə 4 500 abunəçi qazsız qaldı - VİDEO

CƏMİYYƏT

23 Fevral 2022 | 18:04

Kürdəmirdə 4 500 abunəçi qazsız qaldı - VİDEO

Bu gün saat 10:30 radələrində Kürdəmir rayonunun Muğanlı kəndində ekskovator qazıntı işləri apararkən Sığırlı Qaz Paylayıcı Stansiyadan qidalanan diametri 315 mm olan yeraltı polietilen qaz xəttini zədələyib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, saat 13:00-dan etibarən kəmərə qazın verilişi tamamilə dayandırılıb. Zədələnmiş ərazi su olduğundan xətt 1 saatdan artıq müddətdə təzyiq altında qalıb. Uzunluğu 26 km olan xəttin zədələnməsi nəticəsində 15 kənd üzrə 4500 əhali abunəçisi və 3 sənaye obyektinin qaz təchizatı kəsilib.

Hazırda təmir bərpa işləri həyata keçirilir. Günün sonuna qədər qaz təchizatında yaranan fasilə aradan qaldırılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026