• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kursantların praktiki məşğələləri başa çatıb - VİDEO

CƏMİYYƏT

29 Iyul 2022 | 15:32

Kursantların praktiki məşğələləri başa çatıb - VİDEO

Heydər Əliyev adına Hərbi İnstitutun kursantları ilə səhra şəraitində keçirilən praktiki təlim məşğələləri başa çatıb.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Hərbi institutun tədris planı və proqramına uyğun olaraq keçirilən məşğələlərdə kursantlar ərazidə müxtəlif üsullarla taktiki yerdəyişmə tapşırıqları, atıcı silahlardan və qumbaraatanlardan praktiki atışlar yerinə yetiriblər.

Həmçinin təlim məşğələlərində azimutla hərəkət, mühəndis maneələrinin dəf edilməsi, yaralıların döyüş meydanından təxliyəsi, şərti düşmən hədəflərinin aşkarlanaraq zərərsizləşdirilməsi və digər tapşırıqlar kursantlar tərəfindən müvəffəqiyyətlə icra edilib.

Kursantlarla keçirilən məşğələlərdə əsas məqsəd onların nəzəri biliklərinin və səhra vərdişlərinin təkmilləşdirilməsidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026