• Bakı 12° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Lavrov istəsə də, istəməsə də, bu, olmalıdır” - AÇIQLAMA

SİYASƏT

06 Mart 2023 | 14:25 | Müəllif: Qalib İbrahimoğlu

“Lavrov istəsə də, istəməsə də, bu, olmalıdır” - AÇIQLAMA

“Qarabağda dünən baş verən hadisə öncədən planlaşdırılmış təxribatdır”.

Bunu Bakıvaxtı.az-a politoloq Cümşüd Nuriyev bildirib.

Onun sözlərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfərindən sonra, erməni saytları açıq şəkildə bildirirdilər ki, İlham Əliyev Rusiyaya boyun əymədi, onun təkliflərini qəbul etmədi:

“Bundan əlavə, Sergey Lavrov Dehliyə uçduqdan sonra, Arorat Mirzoyan da ardınca getdi. Mirzoyan Qarabağa qayıdandan bir gün sonra isə bu təxribat baş Verdi”.

C.Nuriyev qeyd edib ki, İlham Əliyevin Qoşulmama Hərəkatının toplantısındakı çıxışı onu dünya liderlərindən birinə çevirdi:

“Təbii ki, bunu qəbul etməyən, Azərbaycanı sevməyən qüvvələr var”.

Dediyinə görə, Azərbaycan Ordusunun imkanları böyükdür və Azərbaycan lazımlı addımları atır:

“Şəhidlərimizin valideynlərinə dərin hüzünlə başsağlığı veririk, onlarınm qarşısında baş əyirik. Allah yaralılarımıza təcili şəfa versin. Laçında nəzarət-buraxılış məntəqəsi olmalıdır, çünki qanunsuz yollarla Ermənistana silah-sursat daşınır. Bu barədə həm müdafiə naziri, həm də xarici işlər naziri bəyanat verdi. Azərbaycan mediası bunu yüksək səviyyədə işıqlandırdı. Azərbaycan düzgün strategiya götürüb. İndi əsas məsələ, Lavrov razı olsa da, olmasa da, nəzarət-buraxılış məntəqəsi qurulmalıdır. Biz növbəti şəhid verməmək üçün bu addımı atmalıyıq”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR