• Bakı 20° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

"Lazım gəldiyi qədər savaşacağıq" - Kuleba

DÜNYA

25 Mart 2022 | 17:34

"Lazım gəldiyi qədər savaşacağıq" - Kuleba

"Bu müharibənin nə zaman bitəcəyi ilə bağlı suala indi heç kim cavab verə bilməz".

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Ukrainian witness"ə müsahibəsində deyib.

"Ukraynalılar üçün bu müharibədə qələbə qazanmaq öz kimliyimizi və ölkəmizi xilas etmək deməkdir. Heç kim şübhə etməsin, Ukrayna qalib gələcək. Kədərlənmək, illüziyaya qapılmaq olmaz, lazım gəldiyi qədər savaşacağıq, çünki bizim ölkəmiz, gələcəyimiz, kimliyimiz təhlükə altındadır", - nazir bildirib.

Jurnalistin "Ukrayna NATO-dan vaz keçirmi?" sualına cavab verən Dmitri Kuleba deyib ki, onun ölkəsi heç bir şeydən vaz keçmir: "Sadəcə Ukraynanın hazırda təhlükəsizliyinin təminatı üçün həll yolları axtarılır. Ukraynanın təhlükəsizliyini ordumuz təmin edir, lakin biz müharibədən sonrakı ssenarilərə də baxmalıyıq. Ancaq NATO-ya vahid perspektivdən də baxa bilmərik ki, o bizim bütün problemlərimizi həll edəcək. NATO-dan imtina etmək demək də mübaliğə olardı".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026