• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Levandovski ən reytinqli futbolçu oldu

İDMAN

25 Dekabr 2021 | 18:06 | Müəllif: Subhan Mahmudov

Levandovski ən reytinqli futbolçu oldu

2021-ci ildə Avropanın top-5 liqalarında çıxış edən ən reytinqli oyunçular müəyyənləşib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, bu barədə "WhoScored" statistika saytı araşdırma aparıb.

Almaniyanın "Bavariya" klubunun hücumçusu Robert Levandovski 8,08 xalla bütün rəqiblərini qabaqlayıb. İngiltərə "Liverpul"unda çıxış edən Məhəmməd Salah 7,89 xalla ikinci, Fransa PSJ-sindən Kilian Mbappe 7,80 xalla üçüncü olub.

İspaniyanın "Real Madrid" komandasının forvardı Kərim Benzema (7,75) və İtaliya "İnter"indən Hakan Çalhanoğlu (7,48) növbəti pillələrdə qərarlaşıb. PSJ-də çıxış edən və bu il "Qızıl top" mükafatını qazanan Lionel Messi siyahıda yer almayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026