• Bakı C

    8.19 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Livan prezidentindən TAPŞIRIQ - İsrail ərazisi...

DÜNYA

22 Mart 2025 | 17:15

Livan prezidentindən TAPŞIRIQ - İsrail ərazisi...

Livan Prezidenti general Cozef Aun ölkəni cənub sərhədində yeni hərbi eskalasiyaya sürükləmək cəhdlərini pisləyib və İsrail ərazisinin atəşə tutulması ilə bağlı araşdırma aparılmasına göstəriş verib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, Aun baş verənlərin Livanın sabitliyinə təhlükə yaratdığını bildirib.

“Bu səhər Livanın cənubunda baş verənlər bütün livanlıların yekdilliklə dəstəklədiyi xilasetmə layihəsinə zərbə vurur. Livanı zorakılığın yeni mərhələsinə sürükləmək cəhdlərini pisləyir və sərhəddəki insidentin ciddiyə alınmasını və baş verənlərin bütün təfərrüatlarının araşdırılmasını tələb edirik”, - onun bəyanatında deyilir.

Prezident ordu komandanı general Rudolf Heykala mülki əhalinin müdafiəsi üçün tədbirlər görməyi tapşırıb.

“Bu həssas məqamda vətənin maraqlarına xələl gətirə biləcək istənilən pozuntunun qarşısı alınmalıdır” - Aun açıqlamasında söyləyib.

Bu arada “Al Arabia” telekanalı İsrailin səhərki insidentə sərt cavab verəcəyi ilə hədələməsindən sonra Livan ordusunun ölkənin cənubunda üç əldəqayırma reaktiv yaylım atəşi sistemini demontaj etdiyini bildirib.


SON XƏBƏRLƏR

24 Mart 2025