Kursk vilayətinin təxliyə edilən sakinlərinin sayı açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə regional əməliyyat qərargahının "Telegram" kanalında məlumat verilib.
Məlumata görə, martın 12-dən indiyədək Kursk vilayətinin işğaldan azad edilmiş ərazilərindən 797 nəfər, o cümlədən 20 uşaq təxliyə edilib.
“51 yaşayış məntəqəsindən insanlar təxliyyə edilib: “336 nəfər Kursk və Kursk vilayətində müvəqqəti yaşayış məntəqələrinə , 461 nəfər isə yaxınlarının yanına göndərilib”, - məlumatda deyilir.
Mina Mikayıl