• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Livandan İsrailə  raketlər atıldı

DÜNYA

06 Aprel 2023 | 17:44

Livandan İsrailə raketlər atıldı

“Heç kim bizi sınamasın, ölkəmizi, xalqımızı müdafiə etmək üçün bütün lazımi tədbirləri görəcəyik”.

Bakıvaxtı.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Kohen tviterdə yazıb.

O bildirib ki, İsrail cənubdan və şimaldan raket təhlükəsi ilə üz-üzədir: “Beynəlxalq ictimaiyyəti İsrailə qarşı hücumlara görə məsuliyyət daşıyanlara qarşı açıq bəyanat verməyə çağırıram”.

Xatırladaq ki, bu gün Livandan İsrail ərazisinə çoxlu raket atılıb. Onlardan bəziləri “Dəmir günbəz” raketdən müdafiə sistemi tərəfindən zərərsizləşdirilib. İtkilər barədə məlumat yoxdur.

Qeyd edək ki, 2021-ci ilin avqustundan bəri Livandan belə intensiv raket hücumları olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026