• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Liverpul” koronavirus səbəbindən Salahı yığmaya buraxmadı

İDMAN

23 Avqust 2021 | 22:41 | Müəllif: Subhan Mahmudov

“Liverpul” koronavirus səbəbindən Salahı yığmaya buraxmadı

Misir Futbol Federasiyası öz rəsmi saytında komandanın əsas futbolçusu Məhəmməd Salah barədə xüsusi açıqlama yayıb.

Bakıvaxtı.az xəbər verir ki, açıqlamada qeyd olunur ki, “Liverpul” 29 yaşlı hücumçunu yığmanın düşərgəsinə buraxmayıb.

“Mersesaydlılar” M.Salahı milliyə buraxmadıqları üçün qarşı tərəfdən üzr istəyib.

Klub koronavirus səbəbindən bu addımı atdığını vurğulayıb və ölkədən çıxan futbolçuların İngiltərəyə qayıtdıqdan sonra məcburi karantinə alınacağını əsas gətirib.

İngiltərə klubu oyunçunun əvvəllər karantinə alındığını və bundan sonra fiziki formasını bərpa etməkdə əziyyət çəkdiyini Misir Futbol Federasiyasının nəzərinə çatdırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026