• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Liviya cihad vergisini ləğv etdi

DÜNYA

06 Mart 2025 | 10:00

Liviya cihad vergisini ləğv etdi

Liviya Ali Məhkəməsinin Konstitusiya Palatası Liviya Cihad Fondu üçün üç faiz vergi nəzərdə tutan 1970-ci ildə qəbul edilmiş qanunu ləğv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Liviyanın “əl-Əhrar” telekanalı məlumat yayıb.

Məlumata görə, palatanın qərarına əsasən, işçilərin maaşından cihad vergisinin tutulması dayandırılıb. Ləğv edilmiş qanunun maddəsinə əsasən, pullar fonda islam dünyasının müstəmləkəçi dövlətlərə qarşı cihadına dəstək məqsədilə köçürülüb.

Hazırda Liviyada faktiki olaraq iki hökumət - ölkənin şərqində parlament tərəfindən təsdiqlənən Nazirlər Kabineti və Tripolidə Milli Birlik Hökuməti var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026