• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

PKK/YPG terrorçuları Hələbi TƏRK EDİR

DÜNYA

04 Aprel 2025 | 23:55 | Müəllif: Subhan Mahmudov

PKK/YPG terrorçuları Hələbi TƏRK EDİR

Suriyada "demokratik qüvvələr" adı altında fəaliyyət göstərən PKK/YPG terrorçuları Dəməşq hakimiyyəti ilə əldə edilən razılığa uyğun olaraq Hələb şəhərinin mərkəzini tərk etməyə başlayıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Hələbin Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrini 2012-ci ildə işğal edən terrorçular aprelin 1-də bu məhəllələrlə bağlı imzalanan yeni razılaşmaya əsasən Fəratın şərqinə doğru geri çəkilirlər.

Təxminən 250 terrorçunu aparan 35 avtomaşından ibarət ilk karvan Hələbdən ayrılıb. Karvanda üzərində ağır silahlar olan hərbi avtomobillər də var.

Digər terrorçuların da yaxın günlərdə ərazini tərk etməyə davam edəcəkləri gözlənilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026