• Bakı 23° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Lixaçev: "Qrossi Kursk AES-dəki vəziyyətdən çox narahatdır"

DÜNYA

03 Sentyabr 2024 | 15:26

Lixaçev: Qrossi Kursk AES-dəki vəziyyətdən çox narahatdır

"Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi Kursk Atom Elektrik Stansiyasındakı (AES) vəziyyətdən çox narahatdır". 

Bakıvaxtı.az "Vedmosti"yə istinadən xəbər verir ki, bunu "Rosatom"un baş direktoru Aleksey Lixaçev deyib.

"Rosatom" rəhbəri bildirib ki, Kursk AES normal işləyir. İki enerji bloku istismardan çıxarılıb. Onlardan birində planlı təmir işləri gedir, digəri isə tam gücü ilə işləyir. Bu, Kursk vilayətinin enerji təchizatı üçün mühüm mərkəzdir. Hazırda stansiyada və şəhərdə həyəcanlı əhval-ruhiyyə hökm sürür.

"Qrossi ağıllı və məlumatlı insandır. O, BMT nizamnaməsinə əməl etməli olan diplomatdır. Ümid edirəm ki, Qrossi Kiyevə səfəri zamanı öz fikrini Ukrayna hakimiyyətinə çatdıracaq", - deyə Lixaçev vurğulayıb.

Qeyd edək ki, avqustun 28-də Rusiya Qvardiyasının mühəndis-kəşfiyyat qrupu Kursk Atom Elektrik Stansiyasından 5 km aralıda Ukrayna Silahlı Qüvvələrinin (AFU) partlamamış kassetli sursatını zərərsizləşdirib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

14 Sentyabr 2024