• Bakı 19° C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Lukaşenko səs verdi - VİDEO

DÜNYA

26 Yanvar 2025 | 12:35 | Müəllif: Subhan Mahmudov

Lukaşenko səs verdi - VİDEO

Belarus prezidenti Aleksandr Lukaşenko prezident seçkilərində səs verib.

Bakıvaxtı.az xəbər verir ki, Belarusun dövlət başçısı Belarus Dövlət Bədən Tərbiyəsi Universitetində yerləşən seçki məntəqəsində səsvermədə iştirak edib.

Qeyd edək ki, Belarusda prezident seçkiləri ilə bağlı səsvermə davam edir. Seçkilərdə prezidentliyə 5 namizəd mübarizə aparır. Bunlar Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko, bitərəf Anna Kanopatskaya, Liberal Demokrat Partiyasından Oleq Qaydukeviç, Belarus Kommunist Partiyasından Sergey Sırankov və Respublika Əmək və Ədalət Partiyasından Aleksandr Xijnyakdır.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR