Türkiyədə mütəşəkkil cinayətkar qruplarına qarşı əməliyyat keçirilib.
Bakvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.
Məlumata görə, 6 vilayətdə 8 mütəşəkkil cinayət qrupuna qarşı keçirilən əməliyyatlarda 74 şübhəli tutulub.
Tutulan 74 nəfərdən 43-ü həbs olunub.
Əməliyyatlarda 20 sənədsiz tapança, 5 sənədsiz tüfəng, 2 boş tapança, çoxlu kəsici-deşici alətlər, çek və hesablar ələ keçirilib.
Nuriyyə Musayeva