• Bakı 21° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Rusiya ilə bağlı səsvermədə səhv etdilər 

DÜNYA

25 Fevral 2025 | 11:21

Rusiya ilə bağlı səsvermədə səhv etdilər

“Serbiya BMT Baş Assambleyasında Ukrayna ilə bağlı Rusiya əleyhinə olan qətnamənin lehinə səhvən səs verib”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Happy TV”nin efirində Serbiya Prezidenti Aleksandr Vuçiç deyib. 

“Hesab edirəm ki, Serbiya bu gün səhvə yol verib, buna görə vətəndaşlardan üzr istəyirəm və məsələ ilə bağlı mən özüm məsuliyyət daşıyıram. Düşünürəm ki, biz bitərəf qalmalı idik, təəssüf hissi keçirirəm. Serbiya artıq üç ildir ki, bitərəf çıxış edir”, - deyə Vuçiç qeyd edib. 

Xatırladaq ki, fevralın 24-də BMT Baş Assambleyasında Ukrayna ərazisində hərbi fəaliyyətlərlə bağlı iki qətnamə üzrə səsvermə keçirilib. Qətnamələrdən biri Ukrayna və Avropa, digəri isə ABŞ tərəfindən təklif edilmişdi. Hər iki sənəd qəbul edilib. Onu da qeyd edək ki, ABŞ və İsrail Ukrayna və Aİ-nin qətnaməsini dəstəkləməyib. Serbiya isə həmin qətnamənin lehinə səs verib. Bu qətnamə Ukraynanın ərazi bütövlüyünə çağırış edir və Rusiyanı tənqid edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026