• Bakı 15° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

“Qarabağ da, Krasnodar da Ermənistandır” deyən idmançı belə tutuldu - VİDEO

DÜNYA

27 Mart 2025 | 10:44

“Qarabağ da, Krasnodar da Ermənistandır” deyən idmançı belə tutuldu - VİDEO

Rusiyada yaşayan erməni idmançı Vladimir Vanyan həbs edilib.

Bakıvaxtı.az “Sport-ekspress”ə istinadən xəbər verir ki, pauerliftinq üzrə dünya çempionu olan Vanyan Krasnodar vilayətinin Lenin rayon məhkəməsinin qərarına əsasən saxlanılıb.

Bildirilib ki, o, martın 24-də sosial şəbəkədə canlı yayımda separatçı bəyanatlar verib. Belə ki, Vanyan videoda “Qarabağ da, Krasnodar da Ermənistandır”, - deyib.

Bundan sonra Vladimir Vanyanın yeri müəyyən edilib və Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatla saxlanılıb.

Qeyd edək ki, Vladimir Vaynan canlı yayımda Rusiyanın dövlət qurumlarını və hərbçilərini də təhqir edib.


SON XƏBƏRLƏR

29 Mart 2025