• Bakı 16° C

    4.99 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar yatırıb

İQTİSADİYYAT

25 Aprel 2024 | 12:28

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar yatırıb

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının 10-cu iclası zamanı MOL Azərbaycanın icraçı direktoru Attila Somfai deyib.

    “Azərbaycanın enerji sektoruna sərmayələrimiz 2 milyard ABŞ dolları təşkil edib, buna baxmayaraq, biz investisiyaların həcmini və uzunmüddətli əməkdaşlığımızı artırmağı gözləyirik”, - Attila Somfai qeyd edib.

    MOL nümayəndəsi əlavə edib ki, şirkət “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsi çərçivəsində, eləcə də sürtkü yağlarının tədarükü sahəsində və neftayırmanın yaxşılaşdırılması istiqamətində işlərdə SOCAR ilə səmərəli əməkdaşlıq qurub.


    SON XƏBƏRLƏR

    04 May 2024