• Bakı 19° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Madurodan Maska: "Döyüş istəyirsən?"

DÜNYA

30 Iyul 2024 | 12:54 | Müəllif: Gülşən Şərif

Madurodan Maska: "Döyüş istəyirsən?"

Maduro prezident seçkilərinin saxtalaşdırıldığını iddia edən Maska belə reaksiya verib: "Döyüş istəyirsən? Gəlin o zaman edək".

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, iyulun 28-də Venesuelada keçirilən prezident seçkilərində qalib gələn hazırkı prezident Nikolas Maduro seçkilərin saxtalaşdırıldığını iddia edən amerikalı milyarder İlon Maska cavab verib.

Maduro milli televiziyada yayımlanan mətbuat konfransında Maskı tənqid edib. 

 O, açıqlamasında "Döyüş istəyirsən? Gəlin, o zaman edək. İlon Mask, mən hazıram" deyə vurğulayıb.

Qeyd edək ki, Maduro iyulun 28-də keçirilən prezident seçkilərində 51,20 faiz səslə üçüncü dəfə qalib gəlib. Venesuela müxalifət koalisiyasının Birləşmiş Demokratik Platformasının (PUD) namizədi Edmundo Qonzales seçki nəticələrini rədd etdiklərini açıqlayıb.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026