İranda Məhsa Əmininin ölümünün 40-cı günündə məmləkəti Sakkızda keçirilən nümayişlərə təhlükəsizlik qüvvələri müdaxilə edib.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, İranda aksiyalar davam edir. Sakkızda səhər tezdən Əmininin məzarı başına toplaşan əhali , “Qadınlar, həyat, azadlıq”, “Xamneyiə ölüm” və “Rədd olsun diktator” kimi şüarlar səsləndiriblər. Bu zaman əraziyə gələn təhlükəsizlik qüvvələri nümayişçilərə gözyaşardıcı qaz və atəş açaraq müdaxilə edib.
Oxşar nümayişlər paytaxt Tehranda da keçirilib.
Nuranə Daxilqızı
















