Bu ilin I rübündə Azərbaycanın xalis maliyyə aktivləri 181,6 milyon ABŞ dolları artıb.
Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 dəfə azdır.
Rüblük artım xaricə yönəldilmiş birbaşa investisiyaların 879,2 milyon ABŞ dolları artması (1 il bundan əvvəl azalıb), portfel investisiyalarının 51,7 milyon ABŞ dolları artması (12,2 dəfə az), digər investisiyaların isə 749,3 milyon ABŞ dolları azalması (1 il bundan əvvəl artıb) hesabına baş tutub.
Bakı 



