“Razılaşmaq lazımdır ki, bir gün gələn, bir gün gedir. Vaxt var idi ki, bizdən əvvəlkilər əlçatmaz idi. İndi isə görürsən ki, onlar yoxdular, cavanlar gəlib”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev “Gül kimi şou” verilişində deyib.
Sənətçi həmkarlarını özlərini dəyərsiz tutmamağa çağırıb:
“Mən bir gün görsəm ki, sevilmirəm, toya dəvət edilmirəm, həmin gün oxumağı dayandıraram. Yoxsa bəziləri kimi. Musiqini gözdən salırlar. Toya şah kimi getmək lazımdır. Nə məcburdur axı? Səni istəmirlərsə, nəyə görə əl-ayağa düşürsən? Düşük-düşük şeylər etməyin”.
Ziyafət Əlisoy
















