• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

"Mançester Siti" daha 3 futbolçusunu satacaq

İDMAN

25 Dekabr 2021 | 18:53 | Müəllif: Subhan Mahmudov

"Mançester Siti" daha 3 futbolçusunu satacaq

“Mançester Siti” qış fasiləsində bir neçə futbolçusu ilə yolarını ayıracaq.

Bakıvaxtı.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “şəhərlilər” Ferran Torresdən başqa  müdafiəçilər Pedro Porro, Ko İtakura və yarımmüdafiəçi Morqan Rocersi satmaq niyyətindədir. Klub sözügedən oyunçular üçün təklifləri dəyərləndirməyə hazırdır. Hər üç oyunçu hazırda başqa komandada icarədədir və onların satışı “şəhərlilər”ə ümumilikdə 22 milyon funt sterlinq qazandıra bilər.

“Mançester Siti” rəhbərliyi transferlərdən əldə edəcəyi gəlir sayəsində yanvarda Dortmund “Borussiya”sının hücumçusu Erlinq Halandı almağa çalışacaq.

Əlavə edək ki, Ferran Torresin "Barselona"ya keçəcəyi gözlənilir. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026