Futbol üzrə İngiltərə Premyer Liqasında XXXVII turdan təxirə salınmış oyun keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, "Çelsi" səfərdə "Mançester Yunayted"lə görüşüb.
Hesabı 60-cı dəqiqədə qonaqlardan Markos Alonso açıb. Cəmi 2 dəqiqə sonra Kristiano Ronaldo tarazlığı bərpa edib.
Bu nəticədən sonra xallarını 66-ya çatdıran "zadəganlar" 3-cü pillədəki mövqeyini qoruyub. 55 xalı olan "qırmızı şeytanlar" isə 6-cı sırada qərarlaşıb.
















