• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

"Mandatları yoxdur” - Paşinyan Rusiya hərbçilərinin Azərbaycanla sərhəddə yerləşməsi barədə

SİYASƏT

28 Fevral 2024 | 21:05

Mandatları yoxdur” - Paşinyan Rusiya hərbçilərinin Azərbaycanla sərhəddə yerləşməsi barədə

“Rusiya sərhədçilərinin Nerkin And kəndi ərazisində yerləşməsi üçün mandatı yoxdur”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

“Bu vəziyyətlə bağlı deyə bilərəm ki, Rusiya sərhədçilərinin nə mandatı, nə də müqaviləsi var. Bu isə o deməkdir ki, həmin zonada Rusiya sərhədçiləri təhlükəsizliyə yönəlmiş fəaliyyətlər həyata keçirə bilməzlər. Deməli, biz bundan müvafiq nəticə çıxarmalıyıq”, - Paşinyan vurğulayıb.

Qeyd edək ki, Ermənistanın Sünik rayonunun Nerkin And kəndi Azərbaycanın Zəngilan rayonu ilə həmsərhəddir.


SON XƏBƏRLƏR

26 Iyul 2024