• Bakı 26° C

    4.38 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Mark Zukerberqin sərvəti "əriyir"

DÜNYA

21 Sentyabr 2022 | 13:18 | Müəllif: Qalib İbrahimoğlu

Mark Zukerberqin sərvəti "əriyir"

Bütün gələcək planlarını MetaVerse üzərində quran Mark Zukerberq bu xəyalın bir gün şirkətə milyardlarla, hətta yüz milyardlarla dollar qazandıracağına inanır. Lakin bu inam Zukerberqə olduqca baha başa gələ bilər.

Bakıvaxtı.az-ın məlumatına görə, çünki milyardlarla dollar xərclənən bu layihənin hazırda Meta üçün heç bir geri dönüşü yoxdur və bu vəziyyət Zukerberqin şəxsi sərvətinin yavaş-yavaş əriməsinə səbəb olur. Koronavirus epidemiyası, Rusiya-Ukrayna müharibəsi, qlobal təchizat problemlərinə görə artıq dünyada iqtisadi tənəzzül var. Texnologiya dünyası bu tənəzzüldən ən çox təsirlənən sektorlardan biridir. Bütün texnoloji şirkətlər tərəfindən hiss edilən bu azalmaya MetaVerse təşəbbüsünün dəyərini də əlavə etdikdə, Mark Zukerberqin sərvəti yarıya qədər azalıb.

Onun şəxsi sərvəti 55,9 milyarda qədər azalıb ki, bu da əvvəlki dövrlərin yarısından azdır. Təkcə bu ilin əvvəlindən bəri Zukerberqin sərvəti 71 milyard dollar azalıb. 55,9 milyard dollarlıq sərvətlə Zukerberq, əlbəttə ki, hələ də dünyanın ən zəngin insanlarından biridir, lakin bu siyahıdakı digər adlardan daha tez pul itirir. Bu gün Zukerberq ən varlılar siyahısında 20-ci yerə düşüb. 2014-cü ildən bəri bu qədər aşağı yerdə olmayıb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR