• Bakı 21° C

    3.22 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Marsda məskunlaşma neçəyə başa gələcək?

DÜNYA

04 Fevral 2022 | 08:58 | Müəllif: Qalib İbrahimoğlu

Marsda məskunlaşma neçəyə başa gələcək?

Hazırkı şərtlərlə Marsa insan göndərilməsi 1 trilyon ABŞ dollarına başa gələ bilər.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə amerikalı sahibkar, “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask bildirib.

“Biz hələlik Marsda məskunlaşma apara bilmərik, çünki bu, çox bahadır. Bu gün Marsa insan göndərmək hazırda 1 trilyon ABŞ dollarına başa gələcək. Fakt budur ki, bir raket bəs etmir, insanlara tibbi avadanlıq, kommunikasiya vasitələri lazımdır”, - milyarder deyib.

Mask həmçinin yeraltı hidroponik fermalardan istifadə edərək özünü təmin edən şəhərlər qurmaq istədiyini açıqlayıb. Onlar günəş enerjisi ilə işləyəcəklər.

Maskın sözlərinə görə, bu yolla onun şirkəti məhsul yetişdirmək və insanları ərzaqla təmin etmək üçün bütün şəraiti təmin edə biləcək (report).

Milyarder bununla belə 5-10 il ərzində insanları Marsa endirməyi planlaşdırır. Onun rəhbəri olduğu şirkət indi insanların və yüklərin başqa planetə daşınması xərclərini azaltmağın yollarını axtarır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026