• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Masallıda yaşayış evindən narkotik götürülüb - FOTO

CƏMİYYƏT

27 May 2021 | 10:30

Masallıda yaşayış evindən narkotik götürülüb - FOTO

Masallıda yaşayış evindən narkotik vasitələr aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında Masallı şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini H.Rzayev saxlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı onun yaşadığı evdən 1 kiloqram 150 qram qurudulmuş marixuana və 291 qram tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026