• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Maştağada məhkuma məxsus torpaq sahəsindən silahlar götürüldü

HADİSƏ

25 Sentyabr 2021 | 11:45

Maştağada məhkuma məxsus torpaq sahəsindən silahlar götürüldü

Maştağada məhkumun yaşadığı evdən silahlar götürülüb.

Bu barədə Bakıvaxtı.az-a Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin Sabunçu rayon Polis idarəsinin əməkdaşları ilə birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Müalicə Müəssisəsində cəza çəkən məhkum Vüqar Yaşar oğlu Quliyevin yaşadığı Maştağa qəsəbəsində yerləşən boş torpaq sahəsində basdıraraq gizlətdiyi bir ədəd “VALTRO mod85 COMBAT” model tapança, lüləyi və qundağı kəsilmiş bir ədəd ov tüfəngi aşkar edilərək götürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026