• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Saatlıda narkotacir tutuldu - FOTO

HADİSƏ

25 Oktyabr 2021 | 09:49

Saatlıda narkotacir tutuldu - FOTO

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Mustafabəyli kənd sakini, 24 yaşlı İnsafəli Ağayev şübhəli şəxs qismində saxlanılıb.

Onun yaşadığı evə baxış keçirilən zaman oradan sellofan torbalarda və kibrit qutularında qablaşdırılmış ümumi çəkisi 1 kiloqram 224 qram olan marixuana, eləcə də 7 ədəd çətənə bitkisi aşkar edilərək maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı İ.Ağayev qanunazid əməllə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Saatlıda narkotacir tutuldu - FOTOSaatlıda narkotacir tutuldu - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR