• Bakı 13° C

    1.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Salyanda dələduzluq edən şəxs saxlanıldı

HADİSƏ

23 Noyabr 2021 | 11:08

Salyanda dələduzluq edən şəxs saxlanıldı

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə etməklə pullarını mənimsəyən şəxs saxlanılaraq istintaqa cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən rayonun Həsənli kənd sakini Emin Əsgərov saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs bir neçə rayon sakininin etibarından istifadə edərək, onlara sosial yardım düzəldəcəyi barədə yalan vədlər verərək pullarını dələduzluq yolu ilə mənimsəyib.

"Polis əməkdaşları Emin Əsgərovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və Salyan Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur", - Mətbuat Xidmətindən bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026