• Bakı 25° C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

MAXE küçədə bıçaqlandı

HADİSƏ

01 May 2023 | 14:59

MAXE küçədə bıçaqlandı

Yevlaxda bıçaqlanma hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, dünən axşam saatlarında Yevlax şəhərinin Nizami prospektində 1972-ci il təvəllüdlü Mayıl Həsənov Ağdaş rayon sakini, 1994-cü il təvəllüdlü Aqil Etibar oğlu Sadıqovu bıçaqlayıb. Döş qəfəsindən ağır xəsarət alan 29 yaşlı Aqil Sadıqov xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, bıçaqlanan şəxs hərbçidir. O, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdan artıq xidmət edən hərbi qulluqçudur. A.Sadıqov Vətən müharibəsində iştirakına görə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə də təltif edilib.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026
04 Sentyabr 2026