• Bakı 7° C

    3.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Mbappe qərarını nə vaxt açıqlayacaq?

İDMAN

25 Yanvar 2022 | 18:41 | Müəllif: Subhan Mahmudov

Mbappe qərarını nə vaxt açıqlayacaq?

PSJ-nin hücumçusu Kilian Mbappe klubuna və "Real"a gələcəyi ilə bağlı hansı qərarı verdiyini söyləməyib.

Bakıvaxtı.az "Get French Football News"a istinadən xəbər verir ki, fransalı futbolçu Çempionlar Liqasının 1/8 finalında bu klublar arasında keçiriləcək oyunun nəticəsini gözləyəcək və yalnız bundan sonra hansı klubla müqavilə bağlayacağı barədə məlumat verəcək.

Mbappenin PSJ ilə hazırkı müqaviləsi yayda başa çatır. Onun artıq yeni klubu ilə ilkin müqavilə bağlamaq hüququ var.

Fransız futbolçunun artıq “Real"a  pulsuz transferlə keçməyə razı olduğu, lakin sonra onun PSJ ilə qısamüddətli müqavilə bağlaya biləcəyi barədə xəbərlər yayılıb.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun fevralın 15-i, cavab görüşü isə martın 10-u keçiriləcək.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026