2024-cü ilin yanvar ayı ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 52,9 milyon manat və ya 15,4 faiz artım qeydə alınıb.
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,6 milyon manat və ya 10,9 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 48,1 milyon manat və ya 19,9 faiz artımla olub.