Peruda 4000 illik qədim məbəd və teatr aşkar edilib.
Bakıvaxtı.az xəbər verir ki, “Phys.org” saytındakı press-relizdə açıqlanıb.
Məlumata görə, Arxeoloqlar Peru sahillərində təxminən dörd min il yaşı olan məbədin və teatrın qədim xarabalıqlarını aşkar ediblər.
Bildirilib ki, onlar talan və dağıdılma təhlükəsi səbəbindən seçilmiş La Otra Banda, Cerro Las Animas yerində qazıntılar zamanı müəyyən edilib.
Belə ki, orada böyük bir məbədə aid olan palçıq və gildən tikilmiş qədim divarlar aşkar edilib.
Həmçinin səhnə arxası sahəsi və səhnəyə bənzər platformaya aparan pilləkənləri olan kiçik bir teatr tapılıb.
Mina Mikayılova


















