• Bakı 9° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Media və QHT-lər Prezidentin verdiyi meydanda mayak olsun

CƏMİYYƏT

17 Yanvar 2022 | 15:16 | Müəllif: Qalib İbrahimoğlu

Media və QHT-lər Prezidentin verdiyi meydanda mayak olsun

Fərqli – demokratik dəyərləri özündə daha çox və daha sıx birləşdirə biləcək yeni siyasi sistemin qurulması prosesinin şahidi, iştirakçısı, icraçısıyıq. 

Bu dəyişim o dəyişimdən deyil. Vətən müharibəsindəki qalibiyyətdən sonra ölkənin regional quruluşda yeri dəyişib. Xüsusi çəki qazanan qalib dövlət qürurun zirvəsindən enə bilməz. Ucada olanda ətraf daha aydın görünür. Azərbaycanın son 20 ildə addım-addım, misqal-misqal əldə etdiyini siyasi səbatsızlar ordusuna qurban verməyəcəyimizi Prezidentin geri dönüşü olmayan islahatlar paketinin süjetindən aydın oxumaq olur. 

Demokratik dəyişikliyə əvvəlki həmlələr bu və ya digər dərəcədə effekt versə də, həmin prosesləri sovet partakratlarının idarə etməsi nəticəni tətbiqdən uzaqlaşdırmağa,  kağız üzərində saxlamağa, yaxud imitasiya xarakterli görüntülər yaratmağa səbəb olurdu.

Belə tendensiyaya son qoyulmasının qaçılmaz vacibliyi parlamentin formalaşması zamanı daha dəqiq anlaşılırdı.
 
Qanunverici orqanın formalaşması prosesi hər dəfə xəstə təfəkkürlü siyasət “memarları”nın naşılığını, dövlət maraqlarını, Vətən sevdasını merkantil arzulara qurban verdiklərini, məntiq, hüquq, demokratiya tələbini milçək vızıltısı kimi dərk etdiklərini, bu yoldan heç vaxt geri dönməyəcəklərini təsdiqlədi. 

Bəli, cənab Prezident belə büqələmunların ayağının altından yolu çəkib çıxardı, onlar uçurumun dibinə yuvarlanmalı oldular. 
 
Tutulan, mandatı əlindən alınan, 5 çağırışlıq müddətdə - 25 ildə bir dəfə danışmayan, deputatlığı biznes cangüdəni kimi qavrayan, seçicilərindən qaçıb evdə gizlənən, hətta parlamentə gəlməyi özünə rəva bilməyən, hər kəlməsində min səhv buraxan, bir cümləlik paylaşımda 1-ci sinif uşağının eləmədiyi qrammatik səhvlərə yol verən, oliqarx bığını özünün çətirinə çevirən neçə-neçə deputat, məmur keçdi bu cəmiyyətin xirtdəyinə. 
Yenə də ölkənin birinci şəxsi prosesi əlində cəmlədi, sağını,  solunu təmizləməklə, intellektual, vətənsevər, pula maaş həcmində baxan, həyatın missiya olduğunu, missiyanın cəmiyyətə xidmətdən keçdiyini anlayan, həyatına tətbiq edən şəxsiyyətləri siyasi sferada önə çəkdi. Növbəti mərhələ parlamentin tərkibinin demokratik üsulla formalaşması istiqamətində sürət götürüb. 2020-ci ilin parlamentinin 2 yaşı olur. İnanırıq, 3 ildən sonra seçiciləri sevindirməyi yaşam tərzinə çevirənlərin dövrü başlayacaq. 

30 ildir şəhid verən məmləkəti urvatsız hala salanların cəzası ilahi ədalətin hökmüdür. Belələrindən kimlər tutulmadı, kimlər dövlət başçısının hökmündən qorxub xəstəlik tapmadı, kimlər canını ürəyi partlamaqla quttarmadı...

Bitdi. Qarabağ kartı ictimaiyyəti qumara qoyanların ciblərinin küncündə gizlətdiyi yerdən çıxarıldı, cırılaraq başlarına səpildi. Blef dövrü keçdi, saxtakar oyunlar qurtardı. 

Ölkədə tam demokratik açılıma start verilib. Əlbəttə, bu prosesi də əyməyə, yoldan çıxarmağa cəhd edənlər tapılacaq.  Media və Vətəndaş Cəmiyyyəti İnstitutu belələrini anında susdurmağı üzərinə öhdəlik kimi götürsə ictimaiyyət təhükəylə üz-üzə qalmaz. Prezident hər iki sferaya “önə çıxın” tapşırığı verib. 

Cənab İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına verdiyi konseptual xarakterli müsahibəsində ictimai nəzarətin gücləndirilməsi və onun institusional formatının işlənib hazırlanması ilə bağlı konkret fikirlər səsləndirib. Azərbaycan Prezidenti onu da xüsusi ilə vurğulayıb ki, ölkədə cərəyan edən prossesləri həm də media vasitəsi ilə yaxından izləyir. İlham Əliyev jurnalistləri həqiqətləri yazmağa, ictimai nəzarətin güclənməsinə dəstək göstərməyə çağırıb.

Nə gözəl. Dövlət başçısı ötən illərdə üzünü jurnalistlərə tutub, “siz mənim köməkçilərimsiz” demişdi. Dedi və köməkçilərinə daha geniş və əlverişli şərait yaradılması naminə Medianın İnkişafı Agentliy və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini yaratdı. Hər iki qurumun rəhbər heyəti və əməkdaşları məhz eyni ağrıları daşıyan, vicdanlarında, məsuliyyətlərində, peşəkarlıqlarında, Vətən sevgilərində eyni hisslərlə yaşayan insanlardır. Belə komanda ilə azadlığa və rahatlığa tapınaraq yaşayan cəmiyyət qurmaq niyə də mümkün olmasın?

Növbəti sualsa budur. Əsl demokratik dəyərlərin çuğlaşdığı bir cəmiyyəti necə qurmaq mümkündür? Sadə cavabı var. Əvvəl özündən başlayacaqsan. Nümunəvi, bacarıqlı, ictimaiyyətçi, ali dəyərləri mayak seçən bir insan olacaqsan. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yanvarın 15-də ADA Universitetində “Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində qeyri-hökumət təşkilatlarının rolu” mövzusunda təşkil etdiyi müzakirələrdə məhz bu məsələyə toxunuldu. Medianın inkişafına hesablanan tədbirlərdə də jurnalistikanın sağlamlaşdırılması əsas müzakirə mövzusu olur. 

Qanunlar, qərarlar, tələblər insan üçün hazırlanır. İnsan özü hazır deyilsə, yeni dünya düzəninə uyğun fəaliyyət göstərmirsə, hələ keçmişdə qalıbsa, qurduğu təsisat press-reliz belə, yazıb yaya bilmirsə, ideyaszlıqdan əziyyət çəkirsə, müəllifi olacağı layihənin davamlılığı təmin olunmursa, kompaniyaçılığı fəaliyyət tərzindən uzaqlaşdırmağa cəhd göstərmirsə, riyazi düşüncəni özünün həyat amalına çevirmirsə, ətrafa planimetriya müstəvisindən baxırsa, stereometriyanın şərtinə görə obyekti fəzaya qaldıraraq, hər yerini görmək, bütün detallarna kompleks qiymət vermək bacarığını özünə yük hesab edirsə, onunla uzaq məsafə qət etmək xəyaldır. Adamı xəyal qırıqlığına uğradan xəyal.
 
Media da gərək daxili aləmini İP xəstəliyindən təmizləsin. Həqiqətlər üzdə, yalanlar dərində olur. Üzə baxaq, xəbər yayılır, kimsə onu tıklayıb açır, oxuyurmu-oxumurmu, dəqiq bilmirik, ancaq İP bir baxış sayı artdı. Yazılanı oxumadan da rəqəm artımı baş verir. Belə yarışa qoşulanları yazılanın mahiyyəti yox, baxılanın sayı marqlandırır. 

Çoxdandır təəcüblü qalmışıq. Düşünürük, soaisl şəbəkələrdə niyə bu qədər söyüş var? Sadə həqiqətin cavabı: söyüşlər yaradılış psixologiyasna uyğun olaraq, insanları həmin postu görməyə vadar edir. Kim söyürsə, İP-dən boldur, kim yalan danışırsa diqqəti daha tez özünə çəkə bilir. 

Elitar cəmiyyətlərdə bir ziyalı oxucu min ziyanlı tıklayıcıdan çox xeyirlidir. Viktor Hüqo özü tək Fransadır. Ancaq bütün fransızlar onu oxuyublarmı? Əlbəttə yox. 

Enməyək, cəmiyyəti qalibiyyətin zirvəsindən dərənin dibinə yuvarlandırmayaq.

Ceyhun Musaoğlu


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR