• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məişət zorakılığına qarşı mübarizə tədbirləri sərtləşdirilə bilər - VİDEO

CƏMİYYƏT

11 May 2024 | 18:27 | Müəllif: Subhan Mahmudov

Məişət zorakılığına qarşı mübarizə tədbirləri sərtləşdirilə bilər - VİDEO

Məişət zorakılığı ilə bağlı qanunlar sərtləşdirilməlidir.

Bakıvaxtı.az Xəzər TV-yə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Komitə sədri ailədə şiddətin qarşısının alınması üçün maarifləndirmə tədbirlərinin önəmli olduğunu vurğulayıb. 

Bahar Muradova həmçinin qeyd edib ki, boşanmalar, erkən nikah və digər məsələlərlə bağlı hesabat yaxın vaxtlarda parlamentdə təqdim ediləcək. Təqdim olunacaq məlumatlarda "Gender bərabərliyinin təminatları haqqında" qanunun icra vəziyyəti də yer alıb. 

Komitə sədri vurğulayıb ki, ən ciddi maarifləndirmə yolu məhz qanundur. Qanunu pozanlar isə ciddi şəkildə cəzalandırılmalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026