• Bakı 24° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

MEK tərəfindən yeni nəşrlər əldə edilib

CƏMİYYƏT

08 Oktyabr 2021 | 15:30

MEK tərəfindən yeni nəşrlər əldə edilib

Dövlətin diqqət və qayğısı nəticəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, kitab fondlarının zənginləşdirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir.

Öz işini müasir tələblər səviyyəsində quran MEK çoxsaylı oxucu kütləsinin olduğunu nəzərə alaraq, mütəmadi şəkildə fondları üçün yeni nəşrlərin əldə edilməsi istiqamətində işləri davam etdirir. Bu da insanların kitaba və mütaliəyə, kitabxanaya olan marağını artırır. 

Mərkəzi Elmi Kitabxanaya mütəmadi olaraq tarixi, tibbi, siyasi, coğrafi və digər müxtəlif elm sahələrini əhatə edən nəşrlər daxil olur.

Bakıvaxtı.az xəbər verir ki, yeni nəşrlər sırasında “Zəfər Yolu. 44 günlük Vətən müharibəsi zamanı Prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışları, müsahibələri, tvitləri” adlı kitabı, “Bakı-Tarixin Səhifələri” (Sevda Dadaşova, Elbay Qasımzadə, Fazil Məmmədov), “Azərbaycan”, “Живопись, Скульптура, Музыка. Избранные Сочинения” (В.В.Стасов), “Уголовное Судопроизводство” (Под Редакцией Н.А.Колоколова) və digərləri yer alır.

Mənəvi dəyərlərin inkişafında əvəzsiz xəzinə olan bu nəşrlər, Azərbaycan tarixinin dünyada tanıdılmasında və daha yaxşı mənimsənilməsində elmin inkişafı istiqamətində araşdırmalar aparan alim və mütəxəssislər üçün qiymətli mənbə, gənc nəslin vətənpərvərlik, torpağa bağlılıq, xeyirxahlıq ruhunda böyüməsində  mühüm rola malikdir.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026