• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Məktəbdə neçə gün tətil olacaq?

CƏMİYYƏT

18 Aprel 2023 | 15:23

Məktəbdə neçə gün tətil olacaq?

Ramazan bayramı ilə əlaqədar məktəblərdə qeyri-iş günləri açıqlanıb.

Elm və Təhsil Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən aprelin 21-i və 22-si Ramazan bayramı günləri müəyyən edilib.

"Bu səbəbdən Əmək Məcəlləsinə uyğun olaraq, aprelin 21-24-ü iş günləri hesab edilmir. Həmin qərara əsasən, beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü 20 aprel, bayramdan sonra ilk iş günü 25 apreldir. Altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində isə bu həftə son iş günü 20 aprel, bayramdan sonra ilk iş günü 24 aprel tarixləridir", - məlumatda bildirilib.

Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026