• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

NATO PA-nın yaz sessiyası keçiriləcək

CƏMİYYƏT

18 May 2023 | 14:20

NATO PA-nın yaz sessiyası keçiriləcək

NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və nümayəndə heyətinin üzvləri – parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Məlahət İbrahimqızı, Kamran Bayramov və Elşən Musayev bu qurumun yaz sessiyasında iştirak etmək üçün mayın 19-da Lüksemburq Böyük Hersoqluğunun paytaxtı Lüksemburq şəhərinə səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a verilən xəbərə görə, NATO PA-nın yaz sessiyasında transatlantik iqtisadi münasibətlərin və dayanıqlığın yenidən qurulması, ərzaq təhlükəsizliyi və münaqişələr, NATO-nun açıq qapı siyasətinin gələcəyi və digər mövzularda məruzələr dinləniləcək, müvafiq qərarlar qəbul ediləcək.

Səfər mayın 23-də başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026