• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bakı Təhsil İdarəsi Şəmil Sadiqin ittihamlarına CAVAB VERDİ

CƏMİYYƏT

18 May 2023 | 13:14 | Müəllif: Qalib İbrahimoğlu

Bakı Təhsil İdarəsi Şəmil Sadiqin ittihamlarına CAVAB VERDİ

“Ortaq Türk Dünyası məktəblilərarası tarix olimpiadası ideyası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ötən dərs ilində həyata keçirdiyi “Zəfər” məktəblilərarası I tarix olimpiadasının davamı kimi reallaşdırılır”.

Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Hədər” Liseyinin rəhbəri Şəmil Sadıqin qurumu ideya oğurluğunda ittiham etməsinə münasibət bildirərkən deyiblər.

Qeyd olunub ki, türk ölkələri arasında ilk dəfə keçiriləcək olimpiadanın təşkilində əsas məqsəd ortaq milli köklərimizlə, dəyərlərimizlə, mədəniyyətimizlə, dilimizin, dinimizin eyniliyi ilə sıx bağlı olduğumuz türk xalqlarının birliyinin təcəssümü, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, türk xalqları tarixinin hərtərəfli öyrənilməsi, ortaq mənəvi dəyərlərə sadiq gənclərin formalaşması prosesinə və qarşılıqlı əməkdaşlığın inkişafına dəstək verilməsindən ibarətdir: “Azərbaycanla türk ölkələri arasındakı dostluq və qardaşlıq münasibətləri yetişən nəsillərin öz soydaşları ilə daha sıx təmasını labüd edir. Bu baxımdan Ulu Öndərin türk dünyasının birliyi yolundakı misilsiz xidmətlərini nəzərə alaraq “Heydər Əliyev İli”nə həsr olunmuş Ortaq Türk Dünyası məktəblilərarası tarix olimpiadasının keçirilməsi olduqca əhəmiyyətlidir”.

Qeyd edilib ki, türk xalqları ziyalılarının tarixi birlik ideyalarının gerçəkləşməsinə ən yaxın olduğumuz bir zamanda hər kəsin bu işə bacardığı qədər töhfə verməsi zəruridir. Bu, həm də türk birliyi ideyasını irəli sürənlərin, bunun reallaşmasını təmin etmək üçün mühüm işlər görən böyük şəxsiyyətlərin ruhuna ehtiramın və uğurla həyata keçirilən dövlət siyasətinin dəstəklənməsinin təzahürüdür.

Qurum bildirir ki, Ortaq Türk Dünyası məktəblilərarası tarix olimpiadası ilə Türk İnteqrasiya Olimpiadasının ideya, məzmun və formasındakı fərqlilikləri görməzdən gələrək əsassız iddialar səsləndirməyin heç bir məntiqi əsası yoxdur. “Əlbəttə, elm və təhsildən anlayışı olan heç kəs adı fərqli olan çoxsaylı riyaziyyat olimpiadalarına da biri-birinin eynisi kimi baxmır. Ortaq Türk Dünyası məktəblilərarası tarix olimpiadasının təşkilində zəhməti olanlar əsassız ittihamçıdan fərqli olaraq heç bir biznes marağı güdmür. Belə nəcib işlərə qısqanclıqla yanaşan, türk birliyi adı altında bölücülüklə məşğul olanlara tövsiyəmiz ondan ibarətdir ki, niyyətiniz saf amallara xidmət edirsə, onların gələcəyinə şübhəniz olmasın”, - deyə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR