Son günlər Bakıda bir sıra məktəb və gimnaziyalarda müəllim və şagirdlər arasında yoluxma halları artığına görə distand təhsil formasına keçilib.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən yeni tədris ili başlamadan öncə müəllimlərin mütləq şəkildə vaksinasiya olunması tələbi irəli sürüldü. Qeyd olundu ki, vaksin pasportu və immunitet sənədi olmayan müəllimlər tədris prossesində iştirak edə bilməyəcəklər.
Maraqlıdır, hər kəs vaksinasiya olunubsa yoluxma halı baş verdiyinə görə məktəblər niyə distand formaya qayıdır?
Təhsil eksperti Elşən Qafarov Bakıvaxtı.az-a bildirib ki, vaksinasiya olunmaq Covidə yoluxmanın qarşısını almır:

“Vaksinasiya Covidi daha yüngül keçirməyə imkan verir. Nazirlər Kabinetinin 2020-ci il fevral ayında tədris ilinin müddəti ilə bağlı qəbul etdiyi 66 nömrəli qərar var. Yəni tədris ili və tətillərlə bağlı qərarı Nazirlər Kabineti verir. Lakin ayrı-ayrı məktəblərlə bağlı qərarı Təhsil Nazirliyi verir. Bütün dünyada olduğu kimi, bizdə də yoluxma halı baş verir. Xüsusilə yoluxmanın oktyabrda artması gözlənilən idi. Lakin hal-hazırda Təhsil Nazirliyi lazım olan tədbirləri görür. Ümumilikdə ölkə üzrə təhsilin distand üsula qayıtması gözlənilmir. Yəni belə bir təhlükə yoxdur”.
Nuranhə Daxilqızı
















