• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Xəzərdə nərə balıqlarını ovlayan 20 nəfər saxlanıldı - FOTOLAR

CƏMİYYƏT

13 Noyabr 2021 | 15:31 | Müəllif: Subhan Mahmudov

Xəzərdə nərə balıqlarını ovlayan 20 nəfər saxlanıldı - FOTOLAR

Son günlər ərzində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri tərəfindən Xəzər dənizinə çıxan və qayıdan üzmə vasitələrinin yoxlanılması nəticəsində 8 halda ümumi çəkisi 114 kq 630 qram olan nərə cinsli balıq növlərinin qanunsuz ovlanması, həmçinin 7 halda 7096 ədəd qadağan edilmiş balıqovlama aləti olan qarmaq aşkar edilmişdir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin birgə məlumatında bildirilir. Məlumata görə, qanunsuz balıq ovladıqlarına görə 20 nəfər şəxs saxlanılmış, onlardan 12 nəfərin Şabran, 4 nəfərin Xaçmaz, 2 nəfərin Siyəzən, 2 nəfərin Neftçala rayon sakinləri olmaları müəyyən edilmişdir.  

Qeyd edilən hüquq pozmalara yol vermiş şəxslərin məsuliyyətə cəlb olunmaları üçün Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilir.


Xəzərdə nərə balıqlarını ovlayan 20 nəfər saxlanıldı - FOTOLARXəzərdə nərə balıqlarını ovlayan 20 nəfər saxlanıldı - FOTOLARXəzərdə nərə balıqlarını ovlayan 20 nəfər saxlanıldı - FOTOLARXəzərdə nərə balıqlarını ovlayan 20 nəfər saxlanıldı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026