Təhsil Nazirliyindən Əlifba bayramının keçirilməməsi məsələsinə aydınlıq gətirilib.
Bakıvaxtı.az-ın apa-ya istinadən məlumatına görə, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, artıq şagirdlər əlifbanı məktəbəhazırlıq dövründə öyrənməyə başlayırlar.
“I sinfin I yarımilinə qədər şagirdlər əlifbanı öyrənib bitirdikləri üçün artıq bir neçə ildir may ayında Əlifba bayramı keçirilmir” - deyə o qeyd edib.
















