• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Məktəblərin iş dəftəri problemi - Təhsil Nazirliyi "məcburi deyil" deyir, müəllimlərsə...

GÜNDƏM

08 Oktyabr 2021 | 13:02

Məktəblərin iş dəftəri problemi - Təhsil Nazirliyi "məcburi deyil" deyir, müəllimlərsə...

Yeni tədris ilinin başlanılması ilə bəzi valideynlərin orta məktəblərlə bağlı narazılıqları yenidən gündəmə gəldi. Bu narazılıqlardan biri isə Təhsil Nazirliyinin iş dəftərlərinin alınmasının könüllü olduğunu desə də, müəllimlərin bu vəsaitləri şagirdlərə məcburi şəkildə aldırması ilə bağlıdır.

İctimai fəal Elyar İslamoğlu Bakıvaxtı.az-a bildirib ki, iş dəftərləri “Azərpoçt”un şöbələrində satılır.

“Hazırda iş dəftərləri monopoliyaya alınaraq yalnız poçtlarda satılır. Valideynlər poçtla məktəbin hansı əlaqəsinin olmasını başa düşməsə də, birinci yarım il üçün Azərbaycan dili və Riyaziyyat iş dəftərlərinə 10-15 manat ödəyib almaq məcburiyyətindədir”,-deyə E.İslamoğlu bildirib.

İctimai fəal qeyd edib ki, iş dəftərləri yenicə məktəbə başlayan şagirdlərin əlavə yüklənməsinə, daha çox yorulmasına, valideynin büdcəsindən isə əlavə xərcə səbəb olur: “Əlavə vəsaitlər, lazımsız iş dəftərləri çantaları o qədər ağır edir ki, şagird özü çantasını daşıya bilmir, məcbur valideyn daşıyır.

Əgər doğrudan da ibtidai siniflərdə iş dəftərlərinə ehtiyac yoxdursa, həmin vəsaitin Təhsil Nazirliyi səviyyəsində qadağan edilməsini, bütün məktəblərə xəbərdarlıq olunmasını valideynlər tələb edir”.

Qeyd edək ki, iş dəftərləri daha çox müəllimlərin işinin yüngülləşdirilməsinə kömək edir. Amma bu, şagirdlərin imla yazma və s. kimi bacarıqlarının inkişaf etməsinə imkan vermir.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026