• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ünvanlı sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ! 

GÜNDƏM

05 Noyabr 2021 | 17:33

Ünvanlı sosial yardım almaq istəyənlərin NƏZƏRİNƏ!

Xəbər verdiyimiz kimi, “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən gələn il ehtiyac meyarının həddi 200 manat məbləğində müəyyənləşdirilir.

"Ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləği gələn ildən artacaq".

Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, yeni meyar həm yardım məbləğini, həm də əlçatanlığı artıracaq: "Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımından vacibdir. Bu kontekstdən ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Beləliklə, ehtiyac meyarının 170 manatan 200 manatadək yüksəlməsi nəticəsində daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026