• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Memorandumu aşağı səviyyəli insanlar hazırlayıb

DÜNYA

04 Iyun 2025 | 23:00 | Müəllif: Subhan Mahmudov

Memorandumu aşağı səviyyəli insanlar hazırlayıb

Rusiyanın İstanbulda keçirilən danışıqlarda Ukraynaya təqdim etdiyi memorandum “aşağı səviyyəli insanlar” tərəfindən hazırlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu “memorandum” 1969-cu il Vyana Konvensiyasını, xüsusilə də beynəlxalq danışıqlar hüququnu pozur. Axı həmin “sənəd”in üçüncü bəndində gələcəkdə beynəlxalq danışıqlardan imtina nəzərdə tutulur.

“Bir daha vurğulayıram ki, bu sənəd aşağı səviyyəli insanlar tərəfindən hazırlanıb. Rusiya tərəfindən Ukrayna ilə dialoq aparan komanda lazımi səviyyədə deyil. Onlar nəinki qərar qəbul etmirlər, həm də beynəlxalq hüquqda və Ukrayna qanunvericiliyində baş verənlərdən xəbərsizdirlər”, – Zelenski bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026